Hindistan və Pakistan hərbçiləri arasında toqquşma olub – ölənlər var


Hindistan və Pakistan sərhədində yerləşən Kəşmir Nəzarət Xəttində baş verən qarşıdurma nəticəsində iki pakistanlı əsgər həyatını itirib.
Yeniavaz.com
xəbər verir ki, məsələyə Pakistan tərəfindən aydınlıq gətirilib. Bildirilib ki, Pakistan ordusu atəşkəsin pozulmasından sonra dərhal qarşılıq verib. Atışma nəticəsində Hindistan ordusu xeyli sayda itki verib.
Qeyd edək ki, Pakistan və Hindistan arasında 2003-cü ildə Kəşmirdə sülh müqaviləsi bağlansa da tez-tez iki ölkə arasında qarşıdurma olur.

DİGƏR XƏBƏRLƏR

Top