
“Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında müğənni Səyyad Əlizadə deyib.
İfaçı bildirib ki, səhhətində ciddi bir problem yoxdur:
“Mənə görə narahat olan hər kəsə təşəkkürümü bildiririrəm. Axşam məni xəstəxanaya gətirdilər. Axşamüstü məni evə buraxacaqlar. Dünən özümü narahat hiss etdim, təcili yardım çağırdıq. Onlar da mənə müayinədən keçməyi tövsiyə etdilər. Xəstəxanaya gəldik, məni yoxladılar. Hər şey normaldır, ciddi problemim yoxdur”.
10.00
Tanınmış müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.
Yaxınların sözlərinə görə, onun halı saat 23 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətiriblər.
Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələlik dəqiq diaqnoz qoyulmayıb.
“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri bildiriblər.
Azadinform
Tətbiqimizi yükləyə bilərsiniz