Lənkəranda 4 il əvvəl itkin düşmüş qızı qardaşının öldürdüyü müəyyənləşib

Lənkəranda 4 il öncə bacısını öldürən şəxs saxlanılıb. Rayonun hüquq-mühafizə orqanlarından verilən məlumata görə, 2013-cü ildə Nərimanabad qəsəbə sakini, 1988-ci il təvəllüdlü Təranə Polad qızı Ağayevanın itkin düşməsi barədə axtarış elan olunub. Həyata keçirilən istintaq hərəkətlərindən sonra axtarılan şəxsin qardaşı, 28 yaşlı Fuad Ağayev şübhəli şəxs qismində saxlanılıb. İstintaqa verdiyi ifadəsində F.Ağayev ailə münaqişəsi zəminində bacısını öldürdüyünü və meyiti qəsəbə ərazisində yaşayış olmayan yerdə basdırdığını boynuna alıb. T.Ağayevanın meyiti eksqumasiya olunacaq. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.APA

DİGƏR XƏBƏRLƏR

Top