"Ölkəyə alınıb gətirilən vaksinlər 100 faiz təhlükəsizlik göstəricilərinə cavab verəcək".
Yeniavaz.com xəbər verir ki, bu sözləri Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirdiyi növbəti brifinqi zamanı deyib. O bildirib ki, vaksinləri gətirilməsi və tətbiqi ölkə qanunvericiliyi çərçivəsində həll ediləcək:
“Peyvəndlərin tətbiqi üçün tələb olunan soyuq zəncir sisteminin, peyvənd məntəqələrinin, tibbi personalın tam hazır olması təmin ediləcək”.