Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda keçirilən Zəfər paradında söylədiyi şeiri “twitter” səhifəsində paylaşaraq, onun fikirlərini dəstəkləyib.
Yeniavaz.com xəbər verir ki, o, bu şeirdə səhv heç nəyin olmadığını bildirib: "Ermənistana açıq dəstək verənlər bizə nə danışırlar? Arazı ayırdılar, hətta qopardılar!".
Bir kez de ben sesleniyorum: “Aras'ı ayırdılar, mil ilen doyurdular, men senden ayrılmazdım, zor ilen ayırdılar. Ay Laçın, can Laçın, men sene kurban Laçın” Bu şiirin neresi yanlış? Ermenistan’a alenen destek verenler bize ne anlatıyorlar? Arası ayırdılar, hatta kopardılar.
— Devlet Bahçeli (@dbdevletbahceli) December 14, 2020