Nazirliyin 300 min manatlıq tenderini bu şirkət uddu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində "Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" publik hüquqi şəxsi tərəfindən keçirilən tender müsabiqəsinin (açıq tender) qalibi "V-Dizayn" MMC olub.
Yeniavaz.com xəbər verir ki, "V-Dizayn” MMC “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi”nin sifarişi ilə bu quruma Yumşaq inventar, yataq ləvazimatları və xüsusi geyimlər satacaq.
Qeyd olunan avadanlıqların alınması  üçün “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” "V-Dizayn” MMC-yə 297,65 min manat ödəyəcək.
Məlumat üçün bildirək ki, "V-Dizayn” MMC – 10.11.2008-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 1 milyon 354 min manat olan MMC-nin qanuni təmsilçisi Muradov Mahir Xosrov oğludur.

DİGƏR XƏBƏRLƏR

Top