Kamil Zeynallı bir ay müddətinə həbs edildi - YENİLƏNİB

Kamil Zeynallı bir ay müddətinə həbs edilib. 

Yeniavaz.com oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhər regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

O bildirib ki, hadisə dünən axşam saatlarında baş verib:

“K.Zeynallı Kəlbəcərə getmək istəyib. O, Göygöldə saxlanılıb. Polis əməkdaşları izah edib ki, işğaldan azad edilən Kəlbəcərə hazırda mülki şəxslərin getməsi qadağandır. Kamil Zeynallı təkid edib”.

Qeyd edilib ki, saxlanılan K.Zeynallıya qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib edilib, iş baxılması üçün Göygöl rayon məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə K.Zeynallı bir ay müddətində inzibati qaydada həbs edilib.



***16:06

Tanınmış fitness məşqçisi Kamil Zeynallı saxlanılıb.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, Kamil Zeynallı bu gün Göygöl rayonu ərazisində işğaldan azad edilən ərazilərə getməyə cəhd edib. Lakin ona ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən icazə verilməyib. Bundan sonra K.Zeynallı polisin qanuni tələbinə tabe olmayıb.

O, saxlanılaraq Göygöl Rayon Polis Şöbəsinə gətirilib. Onun barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib. Hazırda barəsində məhkəmə qərarının çıxarılması gözlənilir.

Qeyd edək ki, Kamil Zeynallı ötən ilin mart ayında xırda xuliqanlığa görə, 2020-ci ilin may ayında karantin rejimini pozduğu üçün, oktyabr ayında isə Azərbaycan Ordusunun yerdəyişməsi zamanı hərbi texnikaları videoya çəkərək yaydığı üçün saxlanılıb və hər birində 10 sutka həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Top