Bakıda şübhəli suriyalı axtarılır - FOTO

Suriyanın Hələb şəhərindən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı feysbukda “Hamam Times” səhifəsi fotolar da paylaşıb. Həmin şübhəli şəxsə aid fotolar paytaxt otelləri, avtovağzal və bir sıra mühüm ictimai obyektlərə yapışdırılıb. Muhammed Ahmet adlı şəxsi görənlərdən hüquq-mühafizə orqanlarına zəng etmələri xahiş olunub. “Qafqazinfo” faktla bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb. Əldə etdiyimiz məlumata görə, Hələbdən Azərbaycana şübhəli şəxsin daxil olması ilə bağlı məlumatlar doğrudur. Hazırda bu məlumatların nə qədər həqiqəti əks etdirməsi araşdırılır. Mənbəmiz onu da qeyd edib ki, Azərbaycanda son günlər təhlükəsizlik tədbirləri üst səviyyədə həyata keçirilir. Bu sadəcə İstanbulda baş verən terror olayı ilə əlaqəli deyil. Belə ki, bayram günləri ilə bağlı ölkəyə turist axınının artması və əhalinin ictimai yerlərdə sıxlığı nəzərə alınaraq hüquq-mühafizə orqanları ayıq-sayıq xidmət həyata keçirirlər.

DİGƏR XƏBƏRLƏR

Top