Filippin prezidenti qohumlarının İŞİD-ə qoşulduğunu etiraf edib

Filippin prezidenti Rodriqo Duterte etiraf edib ki, İŞİD terror qruplaşması ilə əlaqəsi olan qohumları var. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, dövlət başçısı qeyd edib ki, bəzi əmi oğulları İŞİD-ə qoşulub və hazırda silahlıların tərəfində vuruşurlar. R. Dutertenin sözlərinə görə, bununla barışmaq niyyətində deyil və yaxın vaxtlarda onların ovuna başlamaq niyyətindədir. Filippin lideri əlavə edib ki, yaxın ətrafına deyil, respublikaya xidmət edir və ekstremistlərlə əlaqə saxlamağa hazırlaşmır.

DİGƏR XƏBƏRLƏR

Top