Qırğızıstan vətəndaşı İstanbuldakı terror aktı ilə əlaqəsini təkzib edib

Türkiyə mətbuatının məlumatına əsasən, İstanbuldakı gecə klubuna terror hücum etdiyi iddia edilən Qırğızıstan vətəndaşı Yəhya Maşrapov bəyan edib ki, terror aktı ilə heç bir əlaqəsi yoxdur. “Yeniavaz.com”un AKİpress-ə istinadən verdiyi məlumata görə, Y. Maşrapov yanvarın 3-də Türkiyədən Bişkek aeroportuna gəlib və ölkənin Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən dindirilib. Y. Maşrapov izah edib ki, yanvarın 1-də ticarət işləri ilə əlaqədar Bişkekdən İstanbula gəlib, lakin geri dönərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu təyyarədən çıxarıblar: “Onlar məni 1 saat ərzində dindiriblər. Buna görə də təyyarə Bişkekə 1 saat gecə çatıb. Onlar izah ediblərki, məni Yeni il gecəsindəki terror aktı ilə dindiriblər, dedilər ki, mən cinayətkarın fotosuna bir az bənzəyirəm, üzr istədilər və təyyarəyə yerləşdirdilər”. O əlavə edib ki, dekabrın 31-də hələ Qırğızıstanda olub və müvafiq olaraq terror aktı ilə əlaqəsi ola bilməz. Y. Maşrapov, həmçinin bəyan edib ki, pasport fotosunun internetdə necə yayılması barədə məlumatlı deyil. Xatırladaq ki, daha əvvəl KİV-lər terror aktında 28 yaşlı Qırğızıstan vətəndaşı Yəhya Maşrapovun şübhəli olduğu barədə məlumat yaymışdılar. Sosial şəbəkələrdə onun pasport şəkli də yayılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top