Dünən Ermənistanın baş naziri Nikol Paşinyanın istefası ilə bağlı yayılan xəbərlərə açıqlama verilib.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Paşinyanın mətbuat xidməti istefa iddialarının yalan olduğunu bildirib.
Qeyd edək ki, artıq bir aydan çoxdur Ermənistanda Paşinyanın istefası tələbi ilə etiraz aksiyaları keçirilir. Müxalifətçilər Paşinyanı Ermənistanın iqtisadi və sosial problemlərinin artmasında günahlandırırlar.