İstanbuldakı terror aktı ilə bağlı Atatürk aeroportunda 2 əcnəbi saxlanılıb

İstanbulun “Reina” gecə klubunda 39 nəfərin ölumu ilə nəticələnən terror hücumunu həyata keçirən terrorçunun tapılması çərçivəsində Atatürk Hava Limanında iki şübhəli şəxs saxlanılıb. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, aeroportun xarici reyslər terminalınada saxlanılanlar xarici ölkə vətəndaşlarıdır. Onların üst-başı axtarıldıqdan sonra aeroportdakı polis məntəqəsinə aparılıb. Şübhəlilərin pasportları, mobil telefonları və baqajları yoxlanılıb və onlar bir saat polis məntəqəsində gözlədilib. Ardından onlar İstanbul polis məntəqəsinə aparılıb. Bundan başqa, terror aktı ilə əlaqədar terrorçunun olduğu Konyada bir neçə nəfər saxlanılıb. İstintaq çərçivəsində saxlanılanların sayı artıb. Terrorçunun Konyada əlaqə saxladığı 3 əcnəbi ailənin evlərində polis əməliyyat aparıb. Evlərdə heç kimsənin olmadığı müəyyənləşib.

DİGƏR XƏBƏRLƏR

Top