Gürcüstanda koronavirusa yoluxan və ölənlərin sayı artıb.
Yeniavaz.com “Wordometers”ə istinadən xəbər verir ki, Gürcüstanda son 24 saat ərzində 2 min 720 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Bununla da ölkədəki ümumi yoluxma sayı 189 min 726 nəfərə yüksəlib. Gürcüstanda son sutkada koronavirusdan 46 nəfər dünyasını dəyişib. Nəticədə ölənlərin ümumi sayı 1790 nəfər olub.