İstanbulun məşhur gecə klubu – “Reina”da baş verən qanlı terror hüçumu barədə maraqlı iddia ortaya atılıb. “Yeniavaz.com” Türkiyə mətbuatına istinadən bildirir ki, bu iddianın sahibi gecə klubunda "barmen" olaraq çalışan Abdullah Can Sarıçdır. Sarıç “Hürriyet” qəzetinin əməkdaşına verdiyi açıqlamasında bildirib ki, hadisə günü gecə klubu olduqca güclü şəkildə qorunurdu: “Mən hələ də inana bilmirəm ki, terrorçu gecə klubuna necə daxil ola bilib. Hadisədən əvvəldə işçilər arasında narahatçılıq var idi. Deyilənlərə görə, 3 nəfər şübhəli şəxs gecə klubunun ətrafında “kəşfiyyat” aparıb. Hətta həmin şəxslər barədə polisə məlumat verdildiyi də bildirildi”.
Hadisənin canlı şahidi olan Sarıç onu da bildirib ki. işə gələrkən də 3 dəfə polis nəzarət postundan keçməli olub: “Gələnə qədər 10-15 nəfər polis saydım. O qədər güclü mühafizə varıydı ki, hətta taksiləri belə saxlayıb yoxlayırdılar”.
“Reina” klubunun işçisi onu da əlavə edib ki, çox yaxınlıqda polis bölməsinin olmasına baxmayaraq polislər hadisə yerinə gec gəliblər: “Heç nə başa düşmürəm. Bu adam içəriyə necə daxil oldu? Necə qaçdı? “Reina”nın içərisində 400 müşahidə kamerası var, amma bu adamın 1 dənə normal şəkili belə yoxdur”.