İtkin düşmüş Beyləqan sakininin meyiti tapılıb. DİN-in saytından verilən məlumata görə, yanvarın 1-də itkin düşmüş Beyləqan şəhər sakini Murad Oruclunun suda boğulmuş meyiti yanvarın 2-də şəhər kənarından keçən "Xan qızı" kanalında tapılıb. Faktla bağlı araşdırma aparılır.