Türkiyədə müxalifət liderlərinə qarşı sui-qəsd xəbərdarlıqları təsdiqləndi

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli özünə və Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğluna qarşı sui-qəsd törədəlicəyinə dair məlumatlara münasibət bildirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, D. Bahçeli bu cür xəbərdarlıqların edildiyini təsdiqləyib. D. Bahçeli bildirib: “Mətbuatda hörmətli Kamal Kılıçdaroğluna qarşı sui-qəsd törədiləcəyinə dair xəbərdarlıqlarının artması ilə bağlı məlumatlar daxil olub. Hər kəs inandığı yolda qətiyyətlə irəliləyəcək. Kamal Kılıçdaroğlunun da eynisini edəcəyini düşünürəm. Hazırda mühafizəçilərimizin sayı sabitdir. Yenilərini tələb etmirik. Avtomobillərimiz zirehli deyil. Hökumətin liderlərin hər birinə zirehli avtomobil verəcəyinə dair məlumatlar daxil olub. Mən şəxsən belə bir tələbimizin olmadığını və bundan vaz keçmələrini bildirmişəm”.

DİGƏR XƏBƏRLƏR

Top