Bu gün Qaraxanbəyli postununun azad edilməsində iştirak edən şəhidimizin doğum günüdür - FOTO


Bu gün şəhid Mehdiyev Samir Valeh oğlunun doğum günüdür. O, 11.12.1990-cı ildə Şirvan şəhərində anadan olub. 1997-ci ildə Salyan rayonu Təhməz Seyfəli oğlu Şirinov adına Yuxarı Xalac kənd tam orta məktəbinin 1-ci sinifinə daxil olmuşdur. Məktəbi bitirdikdən sonra H.Əliyev adına Ali Hərbi Məktəbinə daxil olmuş, 2012-ci ildə həmin məktəbi bitirmişdir. 
Şəhidin əmisi oğlu Məhəmməd Mehdiyev Yeniavaz.com-a açqılamasında bildirdi ki, Samir eyni zamanda 2016-cı ildə başlayan aprel döyüşlərində də iştirak edib: “O, Döyüş və ictimai-siyasi hazırlıqda, həmçinin nümunəvi xidmətinə görə hərbi hissə komandiri tərəfindən dəfələrlə "Fəxri" fərmanla təltif olunub. Yüksək döyüş hazırlığının təmin olumasında və hərbi intizamın möhkəmləndirilməsində əldə etdiyi nəticələrə və "Qüsursuz xidmətə görə", “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illiyi”, “Azərbaycan Ordusunun 100-illiyi” medalları ilə təltif olunmuş və kapitan rütbəsinə kimi yüksəlmişdir. 2-ci Vətən müharibəsi zamanı işğalda olan torpaqlarımızın azad olunmasında Tabor komandiri vəzifəsinə layiq görülmüşdür. Fizuli rayonu Qaraxanbəyli postunun işğaldan azad edilməsində Tabor komandiri olaraq bir başa iştirak etmiş, əsgərləri ilə çiyin-çiyinə döyüşərək qəhrəmanlıq göstərib. Qaraxanbəyli postunu işğaldan azad etdikdən sonra qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 23 oktyabrda isə dəfn olunmuşdur”. 
Allah Azərbaycanın ərazi bütövlüyünun bərpa olunması uğrunda şəhid olan bütün əsgər və zabitlərimizə rəhmət eləsin, ruhları şad olsun!

DİGƏR XƏBƏRLƏR

Top