Tramp Şimali Koreyanın nüvə raketi yarada bilməyəcəyini bəyan edib

ABŞ-nın yeni seçilmiş prezidenti Donlad Tramp Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələralarası nüvə raketi yarada bilməyəcəyini deyib. Bu barədə Tramp özünün twitter səhifəsində yazıb. “KXDR bəyan edib ki, ABŞ-a çata biləcək nüvə silahının istehsalının sonuncu mərhələsindədir. Bu, baş verməyəcək”. KXDR lideri Kim Çen In xalqına ünvanlandığı Yeni il müraciətində bildirib ki, ABŞ ölkəsinə qarşı təcavüzkar siyasətə son qoymayanadək hərbi potensialını gücləndirəcək. apa

DİGƏR XƏBƏRLƏR

Top