
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən keçirilən tender müsabiqəsini (kotirovka sorğusu) qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqələrinin qalibi olan şirkət müsabiqə elanından 4 ay əvvəl dövlət qeydiyyatına alınıb…
Şamaxı Astrofizika Rəsədxanası 14 min 170 manat dəyərində “İstehlak yönlü müxtəlif xidmətlər” satın almaq üçün 19.11.2020-ci il tarixində elan verib. Müsabiqənin qalibi olan “Verid” MMC isə 23.07.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Tarixlərdən də göründüyü kimi şirkət elandan cəmi 4 ay əvvəl qeydiyyatdan keçib.
Nizamnamə kapitalı 30 manat “Verdi” MMC Yasamal rayonu, Alatava 1, ev 54V ünvanında yerləşir və qanuni təmsilçisi Əzimov Niyaz Abdul oğludur.
Xatırladaq ki, "Dövlət Satınalmaları Haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması lazımdır.
Məlumat üçün bildirək ki, yeni yaranan şirkətlərin AMEA-nın tender müsabiqələrində qalib olması daha əvvəl də baş verib.
Bu ilin avqust ayında AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyi tərəfindən keçirilən tender müsabiqələrinin qalibi olan şirkətlər müsabiqə elanından 10-15 gün əvvəl dövlət qeydiyyatına alınıb.
Daha ətraflı məlumat üçün aşağıdakı linkə daxil ola bilərsiniz:
AMEA-nın Ədəbiyyat Muzeyindən maraqlı tender - 221 min manatı kimlər udub? – FOTOFAKT


A. Cəfərov
Tətbiqimizi yükləyə bilərsiniz