Məhkəmədən Cəlilabadın sabiq icra başçısı barədə QƏRAR - YENİLƏNİB

Səbail Rayon Məhkəməsində Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Yeniavaz.com xəbər verir ki, istintaq orqanının təqdimatına hakim Azər Tağıyevin sədrliyi ilə baxılıb və təmin edilib.


***16:24
Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalova irəli sürülən ittihamlar məlum olub.

Yeniavaz.com xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, o, külli miqdarda mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığ) maddələri ilə ittiham verilib.

DİGƏR XƏBƏRLƏR

Top