Almaniya XİN: Astanada Əsədin gələcəyi müzakirə edilməlidir

Astanada Suriya üzrə keçiriləcək danışıqlarda prezident Bəşər Əsədin siyasi gələcəyinə dair məsələ müzakirə mövzusu olmalıdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Almaniya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Martin Şefer deyib. Onun sözlərinə görə, Əsədin siyasi gələcəyi, eləcə də keçid hakimiyyət orqanlarının yaradılmasında müxalif qurumların rolu barədə məsələ Astanada müzakirə edilməlidir. M. Şifer qeyd edib ki, Rusiya, İran və Türkiyənin hökumət və müxalifət nümayəndələrini bir araya gətirmək barədə niyyətlərinin BMT-nin himayədarlığı və əməkdaşlığı çərçivəsində olması vacibdir: “Bu prosesdə həlledici vasitəçi BMT-nin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura olmalıdır”. O, Suriyada keçid prosesində Əsədin səlahiyyətlərini məhdudlaşdırmaqla mümkün iştirakını istisna etməyib, lakin əlavə edib ki, Berlində Əsədin prezident olacağı Suriyada ölkənin gələcəyini görmürlər.

DİGƏR XƏBƏRLƏR

Top