"Azərbaycanlılar Əsgəranda rahat alış-veriş edir, bu artıq adi hala çevrilib" – Erməni KİV


Ermənistan mətbuatı azərbaycanlıların Əsgəranda rahat şəkildə mağazalardan alış-veriş etdiyini yazıb.
Yeniavaz.com
xəbər verir ki, “İravunk” qəzeti Əsgəranın “meri” Hayk Şimaryana istinadla bölgədə azərbaycanlıların rahat şəkildə hərəkət etdiyini bildirib:
“Əsgəranda azərbaycanlılar mağazalardan rahat şəkildə alış-veriş edirlər. Bu artıq adi hala çevrilib. Misal üçün dünən Əsgəranda Rusiya sülhməramlılarının müşayəti ilə Azərbaycan dövlət qeydiyyat nişanlı avtomobillər hərəkət edirdi”. 
Əsgəranda yaşayan ermənilər bildirir ki, hər hansı problem yaşananda da Rusiya sülhməramlılarına xəbər verilir və problemin rahat şəkildə həllinə çalışılır.

DİGƏR XƏBƏRLƏR

Top