
Birləşmiş Millətlər Təşkilatının rəsmisi Mişel Baçelet Fransanı “Maddə 24”ü geri çəkməyə çağırıb.
Yeniavaz.com “Reuters”ə istinadla xəbər verir ki, BMT rəsmisi Mişel Baçelet yeni qanun layihəsindən narahat olduqlarını və geri çəkilməli olduğunu vurğulayıb.
Qeyd edək ki, qəbul edilməsi planlaşdırılan yeni qənuna əsasən artıq həm jurnalistlər həm də sıravi vətəndaşlar vəzifə başında olan polisləri videoya çəkə bilməyə cəklər. Hətta, bu cür kadrların yayımlanmasına görə, həbs cəzasının da veriləcəyi bildirilib. Etirazçılar isə bu qanunun cinayətləri və bir çox həqiqətləri gizlədəcəyini bildirirlər.
Tətbiqimizi yükləyə bilərsiniz