Qırğızıstan İstanbuldakı terror aktını qırğız vətəndaşının törətməsi ehtimalı bağlı açıqlama verib

Qırğızıstan Daxili İşlər Nazirliyinin sözcüsü Ayımkan Kulukeyev İstanbuldakı “Reina” gecə klubunsa terror aktı törədən şəxsin Qırğızıstan vətəndaşı olması ehtimalını araşdırdıqlarını bildirib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, A. Kulukeyev qeyd edib ki, mətbuatda məsələ ilə əlaqədar yayılan məlumatların araşdırılması üçün ölkənin İstabuldakı baş konsulluğuna göstəriş verilib. Onun sözlərinə görə, mətbuatda yayılan xəbərlər etibarlı deyil: “Qırğızıstan vətəndaşının bu hadisə ilə əlaqəsinin olması ehtimalı azdır. İlkin araşdırmalara görə, bunlar etibarlı məlumatlar deyil, ancaq yeni də araşdırırıq”. Qeyd edək ki, “Reina”da 39 nəfəri qətlə yetirən terrorçunun yeni fotosu yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top