Obamanın vida nitqinin tarixi bilindi

Vəzifə müddəti başa çatmaqda olan ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqoda vida nitqli ilə çıxış edəcək. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Ağ evin saytında dərc edilən bəyanatda deyilir. Bəyanatda bildirilir: “Çərşənbə axşamı, yanvarın 10-da Çikaoqoya evə qayıdacam ki, sizin qarşınızda təşəkkür vida nitqimi söyləyim. Mən qeydlərimi hələ yenicə yazmağa başlayıram. Lakin mən onlar barədə bu qeyri-adi səyahətə görə sizə təşəkkür etmək şansı kimi düşünürəm”. Qeyd edək ki, ABŞ prezidenti seçilmiş Donald Trampın inauqurasiya mərasimi yanvarın 20-də Vaşinqtondakı Kapitoliya binası qarşısında baş tutacaq. Mərasimdə 2-3 milyon insanın iştirak ecəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top