Dünyada məcburi köçkünlərin sayı 80 milyonu ötüb


Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissiyası məcburi köçkünlərlə bağlı hesabat yayımlayıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, BMT dünyada məcburi köçkünlərin sayının 80 milyonu keçdiyini açıqlayıb. Təqdim olunan hesabatda bildirilib ki, bu ilin əvvəlində təqiblər, qarşıdurma və insan haqları pozuntuları nəticəsində dünyada 79,5 milyon insan evlərindən didərgin düşdüb. Onlardan, 45,7 milyonu məcburi köçkün, 29,6 milyon qaçqın və 4,2 milyonu isə sığınacaq axtaran şəxslərdir. Mütəxəssislər, Suriya, Konqo Demokratik Respublikası, Somali və Yəmən də daxil olmaqla bir neçə ölkə və bölgədəki şiddətin yeni köçkünlüyə səbəb olduğunu vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top