İraqda İŞİD terror qruplaşmasının silahlıları ilə mübarizə Fransa ərazisində terror aktlarının qarşısını almağa imkan verir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland deyib. Daha əvvəl verilmiş məlmata görə, F. Olland beynəlxalq koalisiyanın tərkibində iştirak edən farnsız hərbçilərlə görüşmək üçün İraqın paytaxtı Bağdada gəlib. Onun,həmçinin yüksəkvəzifəli şəxslərlə görüşəcəyi gözlənilir. F. Olland bildirib: “İraqın bərpasına xidmət edən hər şey ərazimizdə İŞİD-in fəaliyyəti nəticəsində ola biləcəklərin qarşısını almaqda əlavə şəraitlər deməkdir”.