Ermənistanda rus mayorunun cəsədi aşkarlanıb

Ermənistandakı Rusiya hərbi bazasının mayorunun meyidi Yerevanda aşkarlanıb. “Yeniavaz.com”un məlumatına görə, bunu TASS-a Ermənistan polisindən deyiblər. Ermənistan polisinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı kapitan Edqar Canoyan bildirib ki, yanvarın 1-də yerli vaxtla təqribən saat 19:00-da “Drujba” mehmanxanasının nömrələrinin birində kişi meyidinin aşkarlanması barədə siqnal daxil olub. Yerevan polis idarəsinin rəis müavini polkovnik Artak Poqosyanın başçılıq etdiyi operativ qrup hadisə yerinə gəlib. Müəyyən edilib ki, ölən 45 yaşlı kişi Rusiya vətəndaşı Viktor Yemelyanovdur. O həmin mehmanxanada müvəqqəti qeydiyyatda olub. V. Yemelyanov Ermənistandakı Rusiya hərbi bazasının hissələrinin birində qərargah rəisi müavini olub. Hərbi rütbəsi isə mayordur. Məhkəmə-tibbi ekspertizasının ilkin məlumatına əsasən, V. Yemelyanovun meyidində zorakılıq əlamətləri aşkarlanmayıb. Onun ölümünə səbəb kimi ürək çatışmazlığı göstərilir.

DİGƏR XƏBƏRLƏR

Top