Məktəblilərin Yeni il tədbiri keçirildi

Yanvarın 2-i Ağdaşın mərkəzi meydanında bayram şənliyi keçirilib. 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəblərin pedaqoji kollektivləri, şagird və valideynlər iştirak ediblər. Tədbiri giriş sözü ilə Ağdaş Rayon Təhsil Şöbəsinin müdiri Hürü Əliyeva açıb. O, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təsis edilməsi ilə bağlı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətlərindən, onun dünyanın hər yerində yaşayan azərbaycanlıların təşkilatlanması, diaspor fəaliyyətinin yaranması və genişləndirilməsi işinə verdiyi töhfələrdən danışıb. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir iştirakçılarını təbrik edib. Dövlətin təhsilə, gənclərin savadlanmasına göstərdiyi diqqət və qayğıdan danışıb.
Tədbir boyunca şagirdlərin maraqlı və məzmunlu çıxışları izləyicilərə bayram əhval-ruhiyyəsi yaşadıb. Şaxta baba və Qar qız şagirdləri təbrik ediblər. Çıxışları ilə fərqlənənlərə Yeni il hədiyyələri verilib.

Pərviz Əliyev, Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top