Netanyahu korrupsiya şübhəsi üzrə dindiriləcək

İsrailin baş naziri Binyamin Netanyahu yaxın 3 gün ərzində korrupsiya şübhəsi üzrə dindiriləcək. “Yeniavaz.com”un xarici mətbuata istinadən verdiyi məlumata görə, B. Netanyahu və onun ailə üzvləri iş adamlarından 26 min dollardan artıq məbləğdə hədiyyə almaqda şübhəli bilinir. Polisin bu məsələ ilə əlaqədar İsrail və digər ölkələrdə şahid ifadələri var. Məsələn, amerikalı-israilli iş adamı Ron Lauder təsdiq edib ki, B. Netanyahuya kostyum daxil olmaqla müxtəlif hədiyyələr təqdim edib, eləcə də baş nazirin oğlu Yairanın xaricə səfərini maliyyələşdirib. B. Netanyahu isə ünvanına səsləndirilən bütün ittihamları rədd edib.

DİGƏR XƏBƏRLƏR

Top