Almaniya 4 terrorçuya görə hərəkətə keçib

Almaniya 4 terrorçunun Türkiyə vasitəsilə ölkəyə gəlməsi barədə kəşfiyyat məlumatından sonar hərəkətə keçib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata əsasən, Almaniyaya 4 iraqlı terrorçunun ölkəyə sızması məlumatını dekabrın 27-də Avstriya verib. Avstriyaya isə bu məlumatı Türkiyədə insan qaçaqmalçılığı şəbəkəsində işləyən bir nəfər verib. Kəşfiyyat məlumatına əsasən, adıçəkilən insan qaçaqmalçılığı şəbəkəsi Yunanıstan vasitəsilə Almaniya və Avropaya İŞİD terrorçularını daşıyır. Avstriya hərmin 4 iraqlı terrorçunun adlarını da verib. Əhməd H., Radad A., Eassar B. və Satar A. adlı 4 terrorçu İraqda İŞİD-in qalası sayılan Mosuldan gəlib. Almaniyaya gətirilən 4 terrorçunun saxta pasportları başqa insanları da keçirmək üçün yenidən Türkiyəyə göndərilib.

DİGƏR XƏBƏRLƏR

Top