
“Həkimlərimizi, xüsusilə də müalicə işi ilə məşğul olan həkimlərimizi bir məsələ çox narahat edir. Bu, xəstələrin xəstəxanalara ağırlaşmış vəziyyətdə daxil olmasıdır. Əhali arasında sosial şəbəkələr vasitəsilə çox sayda reseptlər dolaşır”.
Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın KİV nümayəndələri üçün keçirilən növbəti brifinqində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası departamentinin müdiri Yaqut Qarayeva deyib. O bildirib ki, ev şəraitində yalnız aşağıdakı dərman preparatları rahatlıqla qəbul edilə bilər:
“Vitamin preparatları və bəzi qandurulaşdırıcı dərmanlar. İkincisini isə ancaq xroniki xəstəliyi olanlar qəbul edə bilərlər. Digərləri ancaq həkim tövsiyyəsi ilə alıb qəbul edə bilərlər. Əlavə olaraq isə yataq rejimi və bol maye qəbulu tövsiyyə olunur”.
Tətbiqimizi yükləyə bilərsiniz