Co Bayden bu şəxsi Müdafiə naziri təyin edəcək

 
ABŞ-ın 46-cı prezidenti Co Baydenin ABŞ Müdafiə naziri postuna (Pentaqon) keçmiş Mərkəzi Qüvvələr (CENTCOM) komandiri və istefada olan general Loyd Austini namizəd göstərəcəyi iddia edilir.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Amerika mətbuatı məlumat yayıb. Onların iddiasına görə Bayden cümə günü bu posta namizədin adını açıqlayacağını bildirdikdən sonra namizədin Loyd Austin olacağı mətbuata sızdırılıb.
Austin, ABŞ-da döyüş komandanlığını idarə edən ilk qaradərili kimi tanınır. O, 2016-cı ildə təqaüdə çıxdıqdan sonra “Raytheon” müdafiə şirkətinin direktorlar şurasında yer alıb.
Qeyd edək ki, ABŞ-da bir şəxs, hərbi peşədən ayrıldıqdan sonra 7 ilə qədər Müdafiə Nazirliyində hər hansı bir mülki vəzifəyə təyin edilə bilməz. İddia olunur ki, bu səbəbdən bir çox konqresmen Austinə səs vermək istəməyib.
 

DİGƏR XƏBƏRLƏR

Top