Böyük Kilikiya Katolikosu 1-ci Aram da Paşinyanı istefa etməyə çağırdı


Dünyadakı Erməni Qriqoryan Kilsəsinin iki əsas mərkəzindən biri - Livanda yerləşən Kilikiya kilsəsi Ermənistanın baş naziri Nikol Paşinyanı istefaya çağırıb.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadən bildirir ki, Böyük Kilikiya Katolikosu 1-ci Aramın imzası ilə yayımlanan müraciətdə Nikol Paşinyanın istefa verməsini və parlamentin müvəqqəti baş nazir seçməsini istəyib.
Məlumat üçün bildirək ki, Livanın paytaxtı Beyrut şəhərində yerləşən və Ermənistan ərazisindəki Eçmiədzin (Üçkilsə) kilsəsindən sonra 2-ci ən böyük dini mərkəz kesab edilən Kilikiya kilsəsinə 20-dən çox kilsə tabedir.

DİGƏR XƏBƏRLƏR

Top