Şəhid oğlu üçün verilən pulu orduya bağışlayan ana danışdı - VİDEO

Azərbaycanda şəhid ailəsinin dövlət tərəfindən ayrılan vəsaiti Silahlı Qüvvələrə Yardım Fonduna bağışlaması barədə xəbər vermişdik.

Yeniavaz.com “report”a istinadla xəbər verir ki, şəhid Məlik Zülfüqarovun anası Yeganə xanım 44 günlük Vətən müharibəsində Məlik və onun kimi canından keçən oğullarımız sayəsində 30 illik həsrətə son qoyulduğunu bildirib.

Məlik Zülfüqarov əsgər idi. Bir neçə ay idi ki, ordu sıralarında xidmət edirdi. Müharibə başlayandan işğal altında olan torpaqlarımızda düşmənə qarşı döyüşürdü. Döyüş əsnasında Məlik ağır yaralanır və şəhid olur, ən uca zirvəyə yüksəlir.

Dövlət tərəfindən ayrılan şəhidliyə görə müavinətdən imtina edən şəhid anası deyir ki, oğlu ilə son dəfə döyüşə getməzdən bir neçə gün əvvəl danışıb və oğlu halallıq istəyib: "Əgər Vətən yolunda oğlumu itirdimsə, onun adına verilən pul da dövlətimizə, ordumuza getməlidir".

Şəhid Məlik Zülfüqarovun ailəsi rayonun Kürdəmir rayonunun Karrar qəsəbəsində yaşayır. Şəhidlərimizin qanı bahasına əbədi müstəqillik və suverenliyimizə imza atdıq.

Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik!

DİGƏR XƏBƏRLƏR

Top