"Bundan sonra hansı qız məni bəyənər?" deyən, partlayışdan sağ çıxan tankçı Heydər - VİDEO

"Bundan sonra hansı qız məni bəyənər?" başlıqlı foto minlərlə insanın ürəyini paramparça etmişdi. İnsanlar onun fotolarını paylaşır, hər kəs 20 yaşlı bu qəhrəmandan söz açırdı. 
Yeniavaz.com xəbər verir ki, Baku Tv Tankçı Heydər Hüseynovdan müsahibə alıb.
O müsahibə zamanı müharibədə göstərdiyi qəhrəmanlıqlarından, düşməni necə məhv etməsindən və Azərbaycan ordusunun parlaq qələbəsindən danışıb.
Ucarın Qəzyan kəndindəndə olan, 20 yaşlı Heydər Hüseynov 44 günlük Vətən müharibəsində tankçı kimi xidmət göstərib. İgid tankçı düşmənin bir-çox hərbi mövqelərini, texnika və canlı qüvvəsini dəqiq atəşlərlə məhv edib.
Noyabrın 8-si döyüş tapşırığını yerinə yetirən zaman tankın içərisində düşmənin tank əleyhinə raket hücumuna məruz qalıb. Tankın içərisində olan Heydərin üzü yanıb, dizindən və əlindən ağır yaralanıb.
Cəbhədə könüllü xidmət aparan estetik, plastik və rekonstruktiv cərrah Vüqar Ələkbərov tərəfindən əməliyyat olunub, yanan üzü isə tamamilə sağalıb.

DİGƏR XƏBƏRLƏR

Top