Bakıda faciəli şəkildə ölən əcnəbi futbolçuların FOTOLARI

Bakıda mənzildən meyitləri tapılan 5 kamerunludan 4-ü futbolçudur. Onlar Sabunçu futbol klubunun heyətində çıxış edirmişlər. Digər 1 nəfər isə Texniki Universitetin tələbəsi imiş.

5 əcnəbinin meyiti həmvətənləri olan digər tələbənin polisə məlumat verməsindən sonra tapılıb. Belə ki, 5 nəfərin yaşadığı Yasamal rayonu, Şamil Əzizbəyov küçəsi, ev 47 ünvanına gələn digər kamerunlu qapını döysə də, açan olmayıb.

O, qonşulardan onların evdə olub-olmadığını xəbər aldıqdan sonra polisə məlumat verib. Hadisə yerinə polislər və FHN əməkdaşları çağırılıb. Qapı qırıldıqdan sonra 5 nəfərin cansız bədəni tapılıb.

Yeniavaz.com xəbər verir ki, “Sabunçu” FK-nın oynayan rəhbəri Elçin Məmmədovun musavat.com-a verdiyi məlumata görə, ölənlərdən Senan Nike, Nikbenti Nombiye Leves, Taken Pau Ata və Njonyoh Nans Ekum klubun heyətində çıxış edirmişlər.

Kamerun Respublikasının vətəndaşları olan bu şəxslər 1 ilə yaxın imiş ki, komandada forma geyinirmişlər.

Digər dünyasını dəyişən Kamerun vətəndaşı Nzemele Ezzambe Texniki Universitetdə təhsil alırmış.

DİGƏR XƏBƏRLƏR

Top