
İkinci Qarabağ Müharibəsində iştirak edən Vəliyev Orxan Prezident İlham Əliyevə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, Füzuli, Suqovuşan, Cəbrayıl və Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edərək qolundan 4 qəlpə yarası alan qazi V.Orxan diplomunun təsdiq olunmasında köməklik edilməsini xahiş edib:
"Özüm ali təhsilliyəm. Rusiyanın Sank-Peterbruq şəhərində hüquqşünaslıq fakültəsini bitirmişəm. Buna baxmayaraq, Bakı şəhər, Təhsil Nazirliyində diplomum təstiq olunmayıb. Hal-hazırda işsizəm və buna görə də, Cənab Prezident İlham Əliyevdən xahiş edirəm ki, diplomumun təstiq olunmasında mənə köməklik göstərsin. Məni dövlət qrumlarında işə götürməkdə dəstək olsunlar. Eşq olsun Cənab Prezident İlham Əliyevə! Eşq olsun Azərbaycan Ordusuna".
Tətbiqimizi yükləyə bilərsiniz