​Hindistanda naməlum xəstəlik səbəbilə çox sayda insan xəstəxanaya yerləşdirildi – 1 nəfər öldü


Hindistanın Eluru şəhərində bilinməyən xəstəlik yayılmağa başlayıb.
Yeniavaz.com
“TASS”a istinadla xəbər verir ki, Hindistanın Eluru şəhərində hələlik bilinməyən bir xəstəlik səbəbilə 315 nəfər xəstəxanaya yerləşdirilib, 1 nəfər isə vəfat edib. 
Həkimlərin sözlərinə görə, xəstələrdə huş itirmə, başgicəllənmə, baş ağrısı və epilepsiya simptomları müşahidə olunur. Xəstəliyin səbəbi hələlik müəyyən edilməyib. İlkin ehtimallara görə, bu xəstəlik hava çirklənməsi və ya keyfiyyətsiz məhsulların nəyicəsində yayılan kütləvi infeksiyadır.

DİGƏR XƏBƏRLƏR

Top