Yeni il gecəsində 650 maşın yandırıldı

Fransada Yeni il gecəsi bir çox xoşagəlməz hadisələr baş verib. "TASS"ın verdiyi xəbərə görə, cinayətkarlar tərəfindən bayram axşamı çox sayda avtomobilə od vurulub. Respublika Daxili İşlər Nazirliyinin məlumatına görə, bir gecə ərzində ümumilikdə 650 maşın yandırılıb. Baş vermiş hadisələrlə bağlı olaraq 400-dən çox adam saxlanılıb.

"Bu ildə növbəti dəfə yandırılmış avtomobillərin miqdarı göstərir ki, bu fenomen, nə qədər də qəbuledilməz olsa da, mövcud olmaqda davam edir. 650 maşın yandırılıb, ötən il bu rəqəm 602 idi", - deyə nazirliyin açıqlamasında qeyd edilib.

Ümumilikdə son beş ildə yandırılmış avtomobillərin miqdarı 20 faiz azalıb. "İstiPress"

DİGƏR XƏBƏRLƏR

Top