Qazaxıstanda yaşayış binası uçub - ölənlərin sayı artır

Qazaxıstanda yaşayış binası uçub. Binanın uçması nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstan DİN rəsmisi Ruslan İmankulov bildirib.

“Xilasedicilər dağıntılar altından üçü uşaq olmaqla, 9 nəfərin meyitini çıxarıb. Binanın uçması nəticəsində xəsarət alan daha 2 nəfər isə xəstəxanaya yerləşdirilib”, deyə R.İmankulov qeyd edib.

Onun sözlərinə görə, hazırda davam edən xilasetmə əməliyyatına 280 nəfər cəlb edilib.

Ötən axşam Qazaxıstanın Karaqanda vilayətində çoxmərtəbəli yaşayış binası qismən uçub. Hadisə Şaxan qəsəbəsində qeydə alınıb. İnsidentin səbəbləri araşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top