ABŞ Çinin bəzi rəsmi şəxslərinə sanksiya tətbiq etdi


ABŞ Çin Kommunist Partiyası üzvlərinə viza məhdudiyyətləri tətbiq edib.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Mayk Pompeo məlumat yayıb:
"Bu gün Çin Kommunist Partiyası üzvlərinə viza məhdudiyyətləri tətbiq edirəm. Buna səbəb onların müxtəlif cür  təbliğatlar  apararaq Pekin siyasətinin əleyhdarlarını təqib etmələridir. Onlar həmçinin, bu istiqamətdə xarici təşkilatlara dəstək verərək öz ideyalarını yaymağa çalışırlar”.

DİGƏR XƏBƏRLƏR

Top