Bəzi müəllimlərin maaşı niyə azdır? – Nazir AÇIQLADI


"Müəllimlərin motivasiyası ilə əməkhaqqısı arasında böyük əlaqə var. Bilirsiniz ki, son dövrlər ölkə başçısının müvafiq sərəncamları ilə müəllimlərin əməkhaqlarında əsaslı dəyişikliklər edilib. Müəllimin əməkhaqqı son dövrlər ən çox artan əməkhaqlarından biridir. Demək olar ki, ölkə üzrə orta əməkhaqqına çatır".

Yeniavaz.com xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər: "Müəllimlərin əməkhaqqısının miqdarına təsir edən faktorları düzgün başa düşməliyik. Çünki bizim təhsil sistemimiz hələ də sovet dövründən qalmış "stavka" sistemi ilə işləyir. Həmin sistem saata bağlı olduğuna görə, müəllimlər aşağı maaş alırlar. Çünki, onların saatları çox yuxarı olmur.

Mənə elə gəlir ki, son illərdə biz təhsil sistemində iki böyük uğura imza atmışıq. Birincisi, şagird-müəllim nisbəti Azərbaycanda kifayət qədər yaxşılaşıb. Yəni əvvəl 9 şagirdə bir müəllim düşürdüsə, indi bu rəqəm 11-ə qədər qalxıb. İkincisi isə artıq müəllimlərin maaşı onların motivasiyasına bağlı deyil. Mənə elə gəlir ki, qeyri-maddi həvəsləndirmələrin tətbiqi müəllimlərə daha çox motivasiya verə bilər”.

DİGƏR XƏBƏRLƏR

Top