Həmyerlimizin hazırladığı mobil tətbiq "Youtube", "Instagram" və "TikTok"u geridə qoydu - FOTO


Azərbaycanlı marketinq eksperti Əjdər Qasımovun hazırladığı mobil tətbiq dünyanın nəhəng şirkətlərinə məxsus belə məhsulları reytinq cədvəlində geridə qoyub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə onun özü feysbukda məlumat verib. Ə. Qasımov bildirib ki, "Hype simulator" adlı tətbiqin 2 milyondan çox yüklənmə sayı var:
"6 ay öncə hazırladığımız mobil tətbiq bu gün Amerika və Kanadada bütün mobil tətbiqlər içində "Zoom", "Youtube", "TikTok", "Instagram" və "Whatsapp" kimi milyonlarla nəhəng proqramları geridə qoyaraq birinci yerdə durur. 
Mobil tətbiqin ideyasını marketi analiz etdikdən sonra almışam. Ülkər Qasımzadə ideyama inanıb tətbiqin hazırlanmasına tək developer olaraq 4 ay vaxt sərf edib və mən də marketinq eksperti olaraq proqramı 6 ay ərzində bugünkü yerə gətirib çıxarmışam. 
Mobil tətbiqin yüklənmə sayı: + 2 milyon
Marketinqi tam təbii yollarla etmişəm. 
Mobil tətbiq hazırda ABŞ və Kanadada IOS reytinqində birinci, Birləşmiş Krallıqda isə doqquzuncudur".
Qeyd edək ki, sözügedən mobil tətbiq digərlərindən fərqli olaraq sosial mediada istifadəçilərin qısa vaxt ərzində məşhurlaşmasını vəd edir.

DİGƏR XƏBƏRLƏR

Top