"Qarabağ" - "Qəbələ" oyunu təxirə salındı


Dekabrın 6-na nəzərdə tutulan Azərbaycan Premyer Liqasının XII turunun “Qarabağ” – “Qəbələ” oyunu təxirə salınıb.
Yeniavaz.com Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Ağdam klubunun heyətində 7 futbolçuda COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün baş tutmayacaq.
Bu isə deməkdir ki, ölkə çempionatında XII turun bütün qarşılaşmaları planlaşdırılan tarixdə keçirilməyəcək. Turun oynanılacağı vaxtla bağlı əlavə məlumat PFL-in rəsmi saytında yerləşdiriləcək.
Qeyd edək ki, daha əvvəl "Keşlə" - "Səbail", "Sabah" - "Neftçi" və "Zirə" - "Sumqayıt" oyunları eyni səbəbdən təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top