Yaponiyada COVID-19 xəstələri üçün yataq qıtlığı yarana bilər


Koronavirusa yoluxma hallarının artdığı Yaponiyada xəstələr üçün yataq yerlərinin məhdudlaşdığı bildirilib. 
Yeniavaz.com "CNN Türk"ə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Baş naziri Yoşihide Suqa məlumat verib. 
Suqa COVID-19-un yayılmasmasının qarşısının alınması üçün iş saatlarının azaldılması ilə məsafəli qoruma və gigiyena kimi sadə qaydaların davam etdirilməsi üçün çağırış edib. 
Ştatlarda, şəhərlərdə və bölgələrdə iş saatlarını qısaldan restoranlara maddi dəstək verən iqtisadi paketin 1,5 trilyon yen (14 milyard dollar) artırılacağını ifadə edən Suqa, insanların həyat və sağlamlıqlarının hökümət üçün əsas prioritet olduğunu vurğulayıb. 

DİGƏR XƏBƏRLƏR

Top