"Səhv məlumat veriblər" - Türkiyədəki terroru törətməkdə şübhəli bilinirdi

Türkiyədə yeni il gecəsi “Reina” gecə klubunda terror törədən şəxsin tutulması üçün hüquq-mühafizə orqanlarının əməkdaşları axtarışlara davam edir.

Türkiyə KİV-i xəbər verir ki, ötən gün sosial şəbəkədə terroru törədən şəxsin şəkli paylaşılıb. Atatürk hava limanında çəkildiyi iddia olunan şəklin həqiqi sahibi isə çox keçmədən ortaya çıxıb.

Elə həmin gün məlum olub ki, fotosu paylaşılan şəxs əslən Qazaxıstandan olan ticarətçidir. O, polisə gedərək terror təşkilatları ilə əlaqəsi olmadığını bildirib, eləcə də sosial şəbəkələrdən və xəbər saytlarından şikayətçi olub.

Xatırladaq ki, “Reina” gecə klubundakı terror zamanı 35 nəfər ölüb, 69 nəfər yaralanıb. qafqazinfo

***

Ötən gecə İstanbulda terror aktı törədən şəxsin fotosu yayımlanıb.

Terrorçunun pasport nəzarətindən keçdiyi zaman çəkilmiş fotoşəkilləri ortaya çıxıb.

"Milliyet"in məlumatına görə, onun "İŞİD" terror qruplaşmasının üzvü olduğu iddia edilir.

Qeyd edək ki, ötən gecə İstanbulda gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 69 nəfər xəsarət alıb.report

DİGƏR XƏBƏRLƏR

Top