Nevada bölgə məhkəməsi, ABŞ prezidenti Donald Trampın ştatda qələbəsini tanımağı tələb edən Respublikaçılar partiyasının iddiasını rədd edib.
Yeniavaz.com xəbər verir məhkəmə ortaya atılan iddianın heç bir əsasının olmadığını bildirib.
Qeyd edək ki, Donald Tramp Nevada ştatında qalib gəldiyini ancaq, səsvermədə saxtakarlıq olduğunu iddia edərək məhkəməyə şikayət etmişdi. Tramp bundan əlavə Viskonsin, Corciya ştatları barədə də şikayət etmişdi. Ancaq, prosesə təkrar baxış keçirilmiş və heç bir saxtakarlığın olmadığı açıqlanmışdı.