Uhanlı alimlərdən xəbərdarlıq – Yeni koronavirus növləri...


Çinin Uhan şəhərindən olan virusoloq Şi Zenqli yeni koronavirus növlərinin yayıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb. Alim bildirib ki, bu tip viruslar təkcə Çində deyil, Cənubi Asiyada da rast gəlmək mümkündür:
“Çinin cənub və cənub-qərb sərhədlərində yaşayan yarasalar insana keçə bilən digər koronavirus növləri də daşıyırlar. Bu cür virusların digər bir heyvan vasitəsilə insanlara keçdiyini düşünürük. Bunun hansı heyvan olduğu hələlik məlum deyil, panqolinlər ola bilər. Bütün bu səbəblərdən koronavirusun yeni növlərinin yayıla biləcəyi mümkündür”
Qeyd edək ki, COVİD-19 adı verilən yeni növ koronavirus ilk dəfə 2019-cu ilin dekabr ayında yayılmağa başlamışdı. Bir müddət sonra pandemiya elan edilən COVİD-19 səbəbilə dünyada 1 milyon 500 mindən çox insan dünyasını dəyişib, 66 milyondan çox insan isə həmin xəstəliyə yoluxub.

DİGƏR XƏBƏRLƏR

Top