FHN Samuxda baş vermiş partlayışla bağlı məlumat yayıb


Samux rayonunun Sərkar kəndində ümumi sahəsi 100 kv/m olan birmərtəbəli 3 otaqlı evdə yanğınla nəticələnən partlayış baş verib.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, partlayış dalğasının təsirindən evin divarları dağılıb, qapı və pəncərələri çərçivədən çıxıb. Yanğın nəticəsində evin 1 otağında 2 ədəd döşək yanıb. Hadisə zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

DİGƏR XƏBƏRLƏR

Top